Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tumbler Ridc qəsəbəsində orta məktəbə ordlu silahla hücum edən şəxsin kimliyi bəlli olub.
Medianews.az xəbər verir ki, cinayəti qəsəbə sakini, 18 yaşlı Cessi van Rutselaarın törətdiyi açıqlanıb.
Onun seksual oryentasiyasına görə trans olduğu deyilir.
Məlumata görə, o, 9 nəfəri qətlə yetirəndən və 2 nəfəri yaralayandan sonra hadisə yerində intihar edib.
Yaralılar təcili yardımı helikopteri ilə xəstəxanaya çatdırılıblar.
Cessi van Rutselaarın psixi vəziyyəti çoxdan polisin diqqətini çəkibmiş. Polislər onun yaşadığı evə bir neçə dəfə baş çəkibmiş. Təxminən iki il qabaq Cessi van Rutselaarın evindən bəzi silahlar müsadirə edilsə də, sonradan məhkəmə qərarı ilə geri qaytarılıbmış.
Rəsmi açıqlamaya görə, Cessi van Rutselaarın adına qeydiyyatda olan odlu silahın lisenziyasının müddəti 2024-cü ildə başa çatıbmış.
İstintaq davam edir. Polis Cessi van Rutselaarın cinayəti təkbaşına törətdiyini, kimsənin bu işdə onunla əlbir olmadığını ehtimal edir. Bu səbəbdən hadisəyə görə axtarışda olan şəxs yoxdur.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirili.
Medianews.az



