Diyetoloq Qalina Lebedeva bəzi insanlara kabab yeməməyi tövsiyə edib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, qastrit, pankreatit, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkən şəxslər üçün kabab təhlükəli ola bilər.
Mütəxəssis bildirib ki, qızardılmış ət mədə selikli qişasını qıcıqlandırır və turşuluğu artırır. Buna görə də həzm sistemi xəstəlikləri olan insanlarda vəziyyətin ağırlaşmasına səbəb ola bilər.
Diyetoloqun sözlərinə görə, ən faydalı kabab növü quş ətindən hazırlanan kabab hesab olunur. Mal və quzu əti orta miqdarda qəbul edilə bilər, donuz əti isə yağlı olduğu üçün mümkün qədər az yeyilməlidir.
Medianews.az