Medianews.az
İtlərin gizli dili:
159 baxış

İtlərin gizli dili: Pəncə ilə verilən mesajlar

Çox vaxt ev itləri qəfil pəncəsini sahibinin ayağına və ya əlinə qoyur. Məlum olub ki, bu hərəkət təsadüfi deyil və müxtəlif mənalar daşıya bilər.

Medianews.az-ın məlumatına görə, it təlimçisi Rebekka Forrest bildirib ki, bu jestin bir neçə səbəbi var.

Sevgi və bağlılıq göstəricisi

Mütəxəssisin sözlərinə görə, it sizi sığallayarkən pəncəsini üzərinizə qoyursa, bu, təması davam etdirmək və sevgisini göstərmək istəyi ola bilər. Yəni bu davranış bir növ “səni sevirəm” mesajıdır.

Narahatlıq əlaməti ola bilər

Bəzən isə bu jest itin özünü narahat və ya güvənsiz hiss etdiyini göstərə bilər. Əgər pəncə qoymaqla yanaşı it dodaqlarını yalayır, əsnəyir və ya qulaqlarını geri yatırırsa, bu, onun dəstəyə ehtiyac duyduğuna işarədir.

Aclıq və ya istək

İt ac olanda və ya nəsə istəyəndə də diqqət çəkmək üçün pəncəsindən istifadə edə bilər. Oynamaq, çölə çıxmaq, su qabının doldurulması və ya çatmadığı oyuncağın verilməsi üçün bu üsula əl ata bilər.

Mütəxəssislər bildirirlər ki, itin bu davranışını düzgün anlamaq üçün onun ümumi bədən dilinə diqqət yetirmək vacibdir. Bu, sahiblə ev heyvanı arasında ünsiyyəti daha da gücləndirə bilər.

Medianews.az

 

Bizə qoşulun