Medianews.az
İtlər və pişiklər -
92 baxış

İtlər və pişiklər - Qayğı müqayisəsi

Mütəxəssislərin fikrincə, pişiklər gündəlik qayğı baxımından itlərdən daha az tələbkar görünür. Onları gəzintiyə çıxarmağa ehtiyac yoxdur və evdə tək qalanda dağıntı yaratmırlar. Bu, onların tamamilə müstəqil olduqları demək deyil.

Medianews.az xəbər verir ki, pişiklərin də sağlam, xoşbəxt qalması üçün müntəzəm qayğı, vaxt və maliyyə sərf etmək vacibdir.

Əsas qayğı sahələri:

Qidalanma: Pişiklər məcburi ət yeyənlərdir. Taurin çatışmazlığı ürək və görmə problemlərinə səbəb ola bilər.

Tük baxımı: Qısa tüklü pişiklər həftədə 1–2 dəfə, uzun tüklülər isə hər gün daralanmalıdır.

Dırnaqlar: Bəzən özləri itiləsə də, sahibləri onları kəsməlidir ki, həm heyvan, həm də ev əşyaları zərər görməsin.

Tualet: Pişiklər üçün evdə ayrıca qum qabı olmalıdır, bu isə gündəlik təmizləmə tələb edir.

Əyləncə: Fiziki və zehni aktivlik olmadıqda pişiklər darıxır və xoşagəlməz davranışlar göstərə bilirlər.

Sağlamlıq: Pişiklər orta hesabla 15 il yaşayır, bu isə uzunmüddətli qayğı və xərclər deməkdir.

Medianews.az

Bizə qoşulun