Medianews.az
İstefa da onları sakitləşdirmədi:
88 baxış

İstefa da onları sakitləşdirmədi: Məşqçiyə hava limanında ZƏRBƏ!

DÇ-2026-da uğursuz çıxış edərək vətənə qayıdan Cənubi Koreya millisinin sabiq baş məşqçisi Hon Myon Bo hava limanında azarkeşlərin kəskin etirazı, fit sədaları və təhqirlərlə qarşılanıb.

Medianews.az xəbər verir ki, Meksika, CAR və Çexiya ilə eyni qrupda yer alan və qrup üçüncüsü olaraq pley-offa yüksələ bilməyən Cənubi Koreya millisi vətənə dönüb.

Turnirdəki uğursuzluqdan dərhal sonra istefa verən baş məşqçi hava limanında böyük şok yaşayıb. Terminalda 200-dən çox qəzəbli azarkeş toplaşıb.

Keçmiş baş məşqçi və futbolçular görünən kimi azarkeşlər qışqıraraq Hon Myon Bonun getməsini tələb ediblər. Qəzəbli kütlə əllərində "Pulları geri qaytar və get", "Koreya futbolu öldü!" və "Futbol Assosiasiyası buraxılsın!" yazılmış plakatlar nümayiş etdiriblər. Bütün aqressiyanın məhz istefa verən məşqçiyə yönəldiyi bildirilir.

Medianews.az

Bizə qoşulun