Medianews.az
İstanbulda qalmaqal: polisə təhqir edən
53 baxış

İstanbulda qalmaqal: polisə təhqir edən 8 nəfər SAXLANILDI

İstanbul Baş Prokurorluğu İstanbulda baş verən terror aktına reaksiya verən polis əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədən şəxslərlə bağlı istintaqa başlayıb.

Medianews.az xəbər verir ki, prokurorluq hadisə ilə bağlı hərəkətləri “polis qüvvələrini açıq şəkildə təhqir etmək” və “ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq” kimi qiymətləndirərək ex officio cinayət işi açıb. İstintaq çərçivəsində ümumilikdə səkkiz nəfər saxlanılıb.

Hadisə fonunda saxlanılan şəxslərin çalışdığı Gratis şirkəti də rəsmi açıqlama yayıb. Şirkət İstanbulun Levent bölgəsində, İsrail konsulluğu yaxınlığında baş verən terror aktını qətiyyətlə pislədiyini bildirib və terrorizmə qarşı açıq mövqe sərgilədiyini vurğulayıb.

Açıqlamada sosial mediada yayılan görüntülərin araşdırıldığı və bu davranışların şirkətin dəyərləri ilə uzlaşmadığı qeyd olunub. Gratis terror, zorakılıq və ictimai asayişi pozan hərəkətlərə qarşı “sıfır dözümlülük” prinsipi tətbiq etdiyini bəyan edib.

Şirkət hadisədə iştirakı müəyyən edilən dörd əməkdaşın dərhal işdən azad olunduğunu və onlarla bütün əlaqələrin kəsildiyini açıqlayıb. Həmçinin hadisə ilə dolayı əlaqəsi olduğu ehtimal edilən digər şəxslərin hüquqi proses başa çatana qədər vəzifələrindən uzaqlaşdırıldığı bildirilib.

Bəyanatda Türkiyə polisinin yanında olduqları xüsusi vurğulanıb və ictimai vicdanı təhqir edən bu kimi halların qəbuledilməz olduğu qeyd edilib.

Medianews.az 

Bizə qoşulun