Medianews.az
 İsrailin Livana hücumu atəşkəsi pozub -
110 baxış

İsrailin Livana hücumu atəşkəsi pozub - Məsud Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, sionist rejimin Licana yönəlmiş hücumu atəşkəs razılaşmasının açıq pozulmasıdır.

Medianews.az xəbər verir ki, İsrail atəşkəsə baxmayaraq hücumlarını davam etdirib.

Beyrutun mərkəzi bölgələrində ən azı 9 partlayış baş verib. Xüsusilə sıx əhali yaşayan Dahiyə bölgəsində dumanlar qalxıb, hücumlar öncədən xəbərdarlıq edilməyib.

Hücumlardan sonra Livanın atəşkəsə daxil olub-olmaması müzakirəyə çıxıb. İran tərəfi bunu təsdiqləyir, ABŞ isə etiraz edir.

İsrailin hücumları sonrası İran Hörmüz boğazı vasitəsilə neft tankerlərinin keçidini dayandırıb. Bu barədə İranın Fars Xəbər Agentliyi məlumat yayıb.

Medianews.az

Bizə qoşulun