Medianews.az
İsrailin İstanbuldakı konsulluğuna silahlı hücum -
117 baxış

İsrailin İstanbuldakı konsulluğuna silahlı hücum - FOTOLAR+VİDEO

Bu gün İsrailin Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğuna silahlı hücum olub.

Medianews.az xəbər verir ki, ilkin məlumata görə, polis hücumun qarşısını alıb.

Atışma zamanı iki polis yaralanıb.

Silahlılardan isə biri öldürülüb, ikisi yaralı ələ keçirilib.

İstanbul Prokurorluğu hadisəni araşdırır.

Türkiyə mediası hücumu həyata keçirən üç nəfərdən ikisinin qardaş olduğunu xəbər verir. Onlardan birinin narkotik aludəçisi olduğu qeyd edilir.

Hücumçuların İstanbula İzmitdən icarəyə götürdükləri avtomobillə gəldikləri bildirilir.

Medianews.az

Bizə qoşulun