Medianews.az
İsraildə raket və dron hücumlarından zərər çəkənlərin
101 baxış

İsraildə raket və dron hücumlarından zərər çəkənlərin sayı açıqlandı

İsrailin Səhiyyə Nazirliyi son 24 saat ərzində İran və Hizbullah (Livan) tərəfindən edilən dron və ballistik raket hücumları nəticəsində 192 nəfərin yaralanaraq xəstəxanalara çatdırıldığını bildirib.

Medianews.az bu barədə Trend-ə istinadən xəbər verir.

Yaralılar arasında dörd nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, 177-nəfərin isə vəziyyəti normaldır. Bir nəfərə təşvişlə bağlı psixoloji yardım göstərilir

Səhiyyə Nazirliyinin məlumatına əsasən, fevral ayında İranla müharibənin başlanmasından etibarən ümumilikdə 3,727 nəfər xəstəxanalara yerləşdirilib və onlardan 74-ü hələ də müalicə alır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Bizə qoşulun