İsrail və Hizbullah cümə günü yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) qüvvəyə minəcək atəşkəs barədə razılığa gəliblər.
Bu barədə “Röyters” agentliyi ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.
“Hizbullah və İsrail atəşkəsə razılaşıblar. ABŞ və Qətərdən olan vasitəçilər İranın da dəstəyi ilə bu razılaşmanı hazırlayıblar”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahu Livandanın cənubundakı təhlükəsizlik zonasında qalacaqlarını bəyan edib./axar.az