Medianews.az
İsrail müharibəni azı üç həftə davam etdirməyi planlaşdırır -
127 baxış

İsrail müharibəni azı üç həftə davam etdirməyi planlaşdırır - General Efi Defrin

İsrail ordusu İrana qarşı hərbi əməliyyatları azı daha üç həftə davam etdirməyi planlaşdırır. Medianews.az xəbər verir ki, bunu CNN telekanalına İsrail Müdafiə Qüvvələrinin sözçüsü general Efi Defrin deyib.

O bildirib ki, İsrail ordusunun qarşısında hələ minlərlə hədəf var. Defrinin sözlərinə görə, əməliyyat planı ən azı yəhudilərin Pesax bayramına qədər – təxminən üç həftəlik dövrü əhatə edir və bundan sonrakı mərhələ üçün də ayrıca planlar hazırlanıb.

Medianews.az

Bizə qoşulun