İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İranla bağlı mümkün razılaşma naminə Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatlar dayandırılmayacaq.
"CBS News"a müsahibəsində Netanyahu İsrailin “Hizbullah”la mübarizədən geri çəkilməyəcəyini deyib.
O əlavə edib ki, İranın zəiflədilməsi və ya ölkədə ciddi siyasi dəyişiklik baş verməsi “Hizbullah”, HAMAS və husilər üçün də ciddi zərbə olacaq./APA