Medianews.az
İspaniyaya qayıda bilər
55 baxış

İspaniyaya qayıda bilər

Rusiya millisinin baş məşqçisi Valeri Karpin milli komandadan ayrıldıqdan sonra İspaniyaya qayıtmağa hazır olduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mütəxəssis qeyd edib ki, milli komanda ilə müqaviləsi olduğu müddətdə bu, mümkün deyil. "Hazırkı vəziyyətdə komandanı tərk edə bilmərəm. Amma iki ildən sonra hər şey ola bilər. Kim bilir?", - deyə Karpin bildirib.

Məşqçi 2021-ci ildən Rusiya milli komandasına rəhbərlik edir. Onun Rusiya Futbol İttifaqı ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Karpin futbolçu kimi 1994-cü ildən 2005-ci ilə qədər İspaniyada "Selta Viqo", "Valensiya" və "Real Sosyedad" klublarında oynayıb. 2014-cü ildən 2015-ci ilə qədər "Malyorka"nı çalışdırıb.

Medianews.az

Bizə qoşulun