Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) reytinqində 210 milli komanda yer alır.
Medianews.az bildirir ki, 2025-ci il üzrə yekun siyahıya İspaniya başçılıq edir, San Marino sırada axırıncı yerdə dayanır.
Azərbaycan yığması 127-ci pillədə göstərilir.
İran 20-ci, Türkiyə 25-ci, Ukrayna 28-ci, Rusiya 33-cü, Özbəkistan 50-ci, Gürcüstan 73-cü, Belarus 99-cu, Tacikistan 101-ci, Qırğızıstan 104-cü, Ermənistan 106-cı, Qazaxıstan 114-cü, Estoniya 130-cu, Türkmənistan 137-ci, Latviya 140-cı, Litva 146-cı, Moldova 158-cidir.
Reytinq oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanır. Rəsmi yoldaşlıq oyununun əmsalı ən azı 5, ən çoxu 10, beynəlxalq turnirdə oyunun minimum əmsalı 15, maksimum əmsalı 60-dır.
Əsas və əlavə vaxtda qələbə 1 xal, penalti seriyasında qələbə 0,75 xal, həmin seriyada məğlubiyyət 0,5 xaldır.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası 8 Avropa çempionatının, 8 dünya çempionatının seçmə mərhələsində, 4 Millətlər Liqasının qrup mərhələsində ələnib.
Toğrul Əli,
Medianews.az