ABŞ-də 57 yaşlı arborist Flavio Sesmas Maya ağac budama zamanı həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Arizona ştatında baş verib.
O, 12 aprel tarixində palma ağacının qurumuş yarpaqlarını kəsmək üçün qaldırıcıdan istifadə edib. Palma yarpaqları quruduqda dərhal düşmür, üst-üstə yığılıb ağır “palma ətəyi” əmələ gətirir. Onların çəkisi yüzlərlə kiloqrama çata bilər və düşdükdə altında olan şəxsi asanlıqla məhv edə bilər.
Mayanın iş zamanı yaratdığı hərəkət nəticəsində bu “ətək” qoparaq onun üzərinə düşüb. Xilasetmə xidməti onu qaldırıcıdan endirsə də, həyatını xilas etmək mümkün olmayıb.
Mütəxəssislər palma ilə işləyərkən yarpaqların altından deyil, kənardan budama aparmağın vacibliyini vurğulayıblar.
Medianews.az