Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinə yeni direktor təyin edilib.
Bu barədə akademiyanın prezidenti, akademik İsa Həbibbəyli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə gətirilib.
O, son aylarda mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edirdi.
Qeyd edək ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əvvəlki direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü aprelin 28-də vəfat edib./yenisabah/