2026-cı il fevralın 1-nə Azərbaycanda 5 milyon 105,6 min nəfər məşğul şəxs, 245,6 min nəfər işsiz qeydə alınıb.
Dövlət Statistika Komitəsi muzdlu işçilərin sayını yanvarın 1-nə 1 milyon 808 min nəfər, onların orta aylıq nominal əməkhaqqını 1102,9 manat göstərib.
Medianews.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanıb:
mədən sənayesi - 3734,9 manat
maliyyə və sığorta fəaliyyəti - 2891,6 manat
informasiya və rabitə - 1879,9 manat
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1836,8 manat
nəqliyyat və anbar təsərrüfatı - 1558,6 manat
dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1517,5 manat
daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1180,6 manat
tikinti - 1180 manat
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1132,8 manat
emal sənayesi - 1002,8 manat
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 939,2 manat
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 876,7 manat
təhsil - 810,6 manat
turistlərin yerləşdirilməsi və ictimai iaşə - 783,1 manat
su təchizatı, tullantıların təmizlənməsi və emalı - 766,8 manat
ticarət; nəqliyyat vasitələrinin təmiri - 747,6 manat
inzibati və yardımçı xidmətlərin göstərilməsi - 738,3 manat
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 693,7 manat
başqa sahələrdə xidmətlərin göstərilməsi - 1309,3 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.