Medianews.az
İraqda “Xalq Səfərbərlik Qüvvələri”nin komandiri
96 baxış

İraqda “Xalq Səfərbərlik Qüvvələri”nin komandiri öldürülüb

İraqın qərbindəki Ənbar vilayətində “Xalq Səfərbərlik Qüvvələri”nin obyektinə hücum edilib.

Bu barədə “Reuters” İraqın təhlükəsizlik və səhiyyə xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, aviazərbələr nəticəsində ən azı 15 döyüşçü, o cümlədən qruplaşmanın Ənbardakı əməliyyatlar komandanı Saad əl-Beyci həlak olub, 30 nəfər yaralanıb.

Hücuma görə ABŞ günahlandırılıb.//Qafqazinfo

Bizə qoşulun