ABŞ-nin İrana qarşı başladığı “Böyük Qəzəb” (“Operation Epic Fury”) hərbi əməliyyatının dəyəri təxminən 25 milyard dollara çatıb.
Medianews.az-ın məlumatına görə, Pentaqon bildirir ki, xərclərin əsas hissəsi sursat, əməliyyatlar və zədələnmiş texnikanın yenilənməsinə yönəlib.
Konqresdə keçirilən müzakirələrdə müharibənin həm maliyyə yükü, həm də strategiyası kəskin tənqid olunub. Demokratlar administrasiyanı iqtisadi yük və diplomatik uğursuzluqda günahlandırıb, bəzi respublikaçılar isə əməliyyatın məqsədlərinə aydınlıq tələb edib.
ABŞ müdafiə naziri Pit Heqset xərclərlə bağlı tənqidlərə cavab olaraq bildirib ki, prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Məlumatlara görə, intensiv əməliyyatlar nəticəsində ABŞ yüzlərlə “Tomahawk” raketindən istifadə edib və bu, hərbi ehtiyatların azalmasına səbəb olub. Ekspertlər bunun digər mümkün böhranlara hazırlığa təsir göstərə biləcəyini qeyd edir.
Fevralda başlayan əməliyyatın gündəlik xərclərinin təxminən 1 milyard dollar olduğu bildirilir. Analitiklər müharibə uzandıqca ümumi məbləğin daha da artacağını istisna etmirlər.
Medianews.az