İsrail İranda nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.
Medianews.az-ın məlumatına görə, hədəf İranın “Taleqan-2” adlı nüvə obyekti olub.
İsrail 2024-cü ilin oktyabrında da bu obyektə havadan zərbə endirmişdi.
İsrail tərəfi iddia edir ki, peyk görüntüləri sonradan İranın “Taleqan-2”nin fəaliyyətini bərpa etməyə çalışdığını göstərirmiş.
“Taleqan-2”yə son hücumun nəticələri barədə məlumat verilməyib.