Medianews.az
İranın böyük şəhərləri
97 baxış

İranın böyük şəhərləri bombalandı

Ötən gecə paytaxt Tehran da daxil olmaqla, İranın böyük şəhərlərində çoxsaylı partlayışlar baş verib.

Medianews.az xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb. Məlumata görə, İsrail-Amerika hücumları nəticəsində Tehranın bir neçə ərazisində, eləcə də ölkənin mərkəzi hissəsindəki İsfahanda, respublikanın cənubundakı Şirazda və İran paytaxtından bir neçə onlarla kilometr qərbdə yerləşən Kərəcdə partlayışlar baş verib. Son bombalamaların konkret hədəfləri və hücumlar nəticəsində mümkün itkilər barədə hələlik məlumat yoxdur./musavat.com

Bizə qoşulun