Medianews.az
İranın 85 deputatı Xameneiyə müraciət etdi:
167 baxış

İranın 85 deputatı Xameneiyə müraciət etdi: İCAZƏ VERİLSİN!

İran parlamentinin deputatları ölkənin ali rəhbəri Müctəba Xameneiyə qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verilməsi ilə bağlı müraciət ediblər.

Medianews.azAzad İran”a istinadla bildirir ki, müraciəti ABŞ ilə münasibətlərə və danışıqlara skeptik yanaşan 85 deputat imzalayıb. Onların arasında keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki də var.

Müraciətdə bildirilir ki, ABŞ ilə aparılan danışıqlar etibarsızdır və İranın müdafiə gücünün artırılması vacibdir. Deputatlar ölkənin raket proqramının genişləndirilməsinin zəruriliyini vurğulayaraq, müdafiə sənayesinin gücləndirilməsinə çağırış ediblər.

“Mərhum ali lider kimi biz də düşmənin vədlərinə inanmırıq. Raketlərimizin mənzili bir gün Əli Xameneyinin qatillərinin ofisinə çatana qədər hərbi qüvvələrimizi və müdafiə sənayemizi dəstəkləyəcəyik” deyə müraciətdə vurğulanıb.

Medianews.az

Bizə qoşulun