Medianews.az İran İslam Respublikasının inzibati ərazi quruluşuna nəzər salıb.
Ərazisi 1,6 milyon kvadrat kilometri ötən İran 31 əyalətə (ostan) bölünüb.
6 əyalət tarixi Güney Azərbaycan torpaqlarını əhatə edir: Şərqi Azərbaycan əyaləti (mərkəzi – Təbriz şəhəri), Qərbi Azərbaycan əyaləti (mərkəzi – Urmiya şəhəri), Ərdəbil əyaləti (mərkəzi – Ərdəbil şəhəri), Zəncan əyaləti (mərkəzi – Zəncan şəhəri), Qəzvin əyaləti (mərkəzi – Qəzvin şəhəri), Həmədan əyaləti (mərkəzi – Həmədan şəhəri).
İkinci böyük inzibati ərazi vahidi şəhərlər sayılır.
Şəhərlər rayonlara bölünür, rayonlar kənd dairələrini birləşdirir.

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir.
290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.
Toğrul Əli,
Medianews.az