Medianews.az
İranı onlar idarə edəcək –
58 baxış

İranı onlar idarə edəcək – Hakimiyyət bu “dördlüyün” əlində

İranda ali lider postunda mümkün dəyişikliklər və ölkədə artan gərginlik fonunda hakimiyyətin əsas fiqurları üzə çıxır. Əli Xameneinin ölümündən sonra ölkədə dini, siyasi və hərbi güc əsasən dörd şəxs arasında bölüşdürülüb. Bunlar Müctəba Xamenei, Əli Laricani, Məhəmməd Baqer Qalibaf və Əhməd Vahididir.

İslam Respublikasının tarixən ruhanilər və hərbi elita tərəfindən idarə olunan sistemində indi ən mühüm fiqurlardan biri Xameneinin oğlu Müctəba Xameneidir.

9 mart tarixində Ekspertlər Məclisi tərəfindən ali lider təyin edilən və hücum zamanı ayağından yaralandığı bildirilən Müctəba Xamenei hələlik ictimaiyyət qarşısına çıxmayıb.

Ekspertlərin fikrincə, Müctəba Xamenei uzun illər atasının ən yaxın çevrəsində yer alıb və pərdə arxasında mühüm qərarların verilməsində rol oynayıb.

Onun İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrinin olması isə İranın daha sərt təhlükəsizlik və repressiya siyasəti yürüdə biləcəyi ehtimalını gücləndirir.

Hakimiyyət strukturunda digər mühüm fiqur Əli Laricanidir.

Əli Laricani: Xameneinin ölümündən sonra niyə məhz o, İran siyasətinə rəhbərliyi ələ aldı? - BBC News Azərbaycanca

O, hazırda Ali Milli Təhlükəsizlik Şurasına rəhbərlik edir və İran siyasətində praqmatik xəttin nümayəndəsi hesab olunur. Keçmiş parlament spikeri olan Laricani həm də region ölkələri və beynəlxalq tərəfdaşlarla danışıqlar aparan əsas fiqurlardan biridir.

Hakimiyyətin başqa bir sütunu isə hazırda parlamentə rəhbərlik edən Məhəmməd Baqer Qalibafdır.

İran parlamentinin spikeri koronavirusa yoluxub | Modern.az

Keçmişdə İnqilab Keşikçiləri Korpusunun komandirlərindən biri olan Qalibaf həm hərbi, həm də qanunverici strukturlarda böyük təsirə malikdir. Onun müharibə şəraitində büdcə və qanunvericilik qərarlarına nəzarət etdiyi bildirilir.

Dördlüyün sonuncu üzvü isə İslam İnqilab Keşikçiləri Korpusunun yeni komandiri Əhməd Vahididir.

CROSSMEDIA - SEPAH-a yeni baş komandan təyin olunub

O, əvvəllər Qüds Qüvvələrində xidmət edib və İranın regional hərbi strategiyasının əsas fiqurlarından sayılır. Vahidi həmçinin 1994-cü ildə Buenos-Ayresdə baş verən və 85 nəfərin ölümü ilə nəticələnən AMIA partlayışı ilə bağlı beynəlxalq ittihamlarla da tanınır.

Analitiklər hesab edir ki, bu dörd fiqurun yaratdığı siyasi-hərbi balans İranın gələcək kursunu müəyyən edəcək. Lakin ölkənin regionda və beynəlxalq arenada artan gərginlik fonunda hansı istiqamətdə hərəkət edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır./Musavat.com

Bizə qoşulun