Medianews.az
İrandan Trampın “Azadlıq aktı" layihəsinə sərt reaksiya:
97 baxış

İrandan Trampın “Azadlıq aktı" layihəsinə sərt reaksiya: ABŞ donanması hədəf olacaq

ABŞ Prezidenti Donald Trampın “Azadlıq aktı” çərçivəsində Hörmüz boğazından keçən ticarət gəmilərini Amerikanın hərbi gəmilərinin müşayiət etməsi planına İran sərt cavab verib.

Medianews.az-ın məlumatına görə, Tehran bildirib ki, boğaza yaxınlaşan hər hansı xarici hərbi qüvvə, o cümlədən ABŞ hərbi gəmiləri hücuma məruz qalacaq.

Tramp bəyan edib ki, ABŞ donanması Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin edəcək. Bu plan bölgədəki təhlükəsizlik riskləri ilə əsaslandırılır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyata dəstək verəcəyini açıqlayıb. Məlumata görə, prosesə idarə olunan raketli esmineslər (minaaxtaran gəmilər), 100-dən çox hava vasitəsi, pilotsuz sistemlər və 15 min hərbçi cəlb olunacaq.

İran tərəfi isə Hörmüz boğazına nəzarətin onun ixtiyarında olduğunu vurğulayır. İran komandanlığı qeyd edir ki, gəmilər boğazdan təhlükəsiz keçmək üçün İran qüvvələri ilə koordinasiyada olmalıdır. Xarici hərbi qüvvələrin boğaza daxil olmağa cəhd etməsi isə hücumla qarşılanacaq.

Medianews.az

Bizə qoşulun