Medianews.az
İranda qadınların bu görüntüləri
139 baxış

İranda qadınların bu görüntüləri gündəm oldu - VİDEO

Kiş adası illərdir İranda görünməmiş bir mənzərəyə səhnə olub.

“Qafqazinfo” xəbər verir ki, yüzlərlə qadın məcburi hicab qaydalarına qarşı çıxaraq marafonu onlarsız başa vurub.

Saçları açıq qaçan qadınların görüntüləri sosial mediada qısa müddətdə yayılıb və yarış bir çoxları tərəfindən “inqilabi” olaraq dəyərləndirilib.

“Finiş xəttini keçmək illərlə davam edən məhdudiyyətlərə qarşı zəfər kimi idi”, - yarışa qatılanlar arasında olan Sara bildirib.

Marafon 2022-ci ilin sentyabrında Mahsa Amininin polis nəzarətində olarkən ölümü ilə başlayan və ölkəyə yayılan hicab əleyhinə etirazlardan sonra təşkil edilən tədbirlərdən biri kimi diqqət çəkir.

“Yarış zamanı bir neçə dəfə dayanıb ağlamaq istədim, çünki hər şey yuxu kimi idi. İnsanlar bizi alqışlayırdılar, musiqi var idi... Özümüzü çox azad hiss etdik”, - Artemis qeyd edib.

Qeyd edək ki, İran hökuməti tez-tez məcburi hicab qanununu pozan qadınları həbs edir və cərimələyir, sosial media hesablarını bağlayır və üz tanıma texnologiyasından istifadə edərək xəbərdarlıqlar göndərir. Lakin qadınlar məhdudiyyətlərə baxmayaraq, mübarizələrini davam etdirirlər.

Bizə qoşulun