Medianews.az
İranda hətta məscidlərə də ziyan vurulub -
168 baxış

İranda hətta məscidlərə də ziyan vurulub - VİDEO

İranda davam edən iğtişaşlar fonunda bir sıra şəhərlərdə ictimai və özəl obyektlərə ziyan vurulması faktları qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə müxtəlif sosial şəbəkələrdə görüntülər yayımlanıb. 

Məlumata görə, Kərəc şəhərində 5-ci rayonun administrasiyasının binası yandırılıb, nəticədə bələdiyyə obyektinə maddi ziyan dəyib.

Bundan başqa, Tehranın Səadətabad rayonunda məscid və dini tikililərə ziyan vurulması barədə məlumatlar yayılıb. 



Bizə qoşulun