İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, FİFA təlim-məşq düşərgəsinin Arizona ştatının Tuson şəhərindən Meksika sərhəd şəhərinə köçürülməsi ilə bağlı tələbi təsdiqləyib.
Bu, viza ilə bağlı çətinliklərin qarşısını almağa və komandanın “Iran Air” reysləri ilə birbaşa Meksikaya uçmasına imkan verəcək.
İran Dünya Kuboku qrup mərhələsinin ilk iki oyununu Los-Ancelesdə – 15 iyunda Yeni Zelandiya və 21 iyunda Belçika ilə – keçirəcək , daha sonra isə 26 iyunda Sietlda Misirlə qarşılaşacaq.
“Los-Ancelesdəki oyun məkanı ilə bizim aramızdakı ümumi məsafə 55 dəqiqəlik uçuş məsafəsidir”, – Tac bildirib.
O əlavə edib ki, Tixuana Arizonada əvvəllər planlaşdırılan təlim-məşq toplanışı yerindən daha yaxındır.
DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək./publika.az