ABŞ-da fəaliyyət göstərən, İranda insan hüquqlarının monitorinqi üzrə ixtisaslaşmış informasiya agentliyinin (Human Rights Activists News Agency) yaydığı son hesabata görə, İran İslam Respublikasında iki həftədən çoxdur davam edən aksiyalar zamanı həlak olanların sayı 547 nəfərə çatıb.
Medianews.az xəbər verir ki, onlardan 496 nəfərin aksiyaçı, 48 nəfərin isə hüquq mühafizə orqanlarının əməkdaşı olduğu bildirilir.
Tutulanların sayı isə 10 min 600 nəfər göstərilir.
O da qeyd edilir ki, son günlər İranda internet kəsildiyinə görə məlumatları dəqiqləşdirmək çətinləşib.