Medianews.az
İran neftinin istehsalı və ixracı
84 baxış

İran neftinin istehsalı və ixracı fasiləsiz davam edir

İranın neft istehsalı və ixracı fasiləsiz davam edir.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Enerji Komitəsinin sözçüsü İsmayıl Hüseyni bəyanat yayıb.

Onun sözlərinə görə, Xarq adasında gündəlik həyat adi qaydada davam edir.

Sözçü həmçinin İranın Xarq adasına hər hansı bir xarici hücumun "Hörmüz boğazından daha böyük bir rüsvayçılığa" səbəb olacağı ilə bağlı təhdidini təkrarlayıb.

Qeyd edək ki, Xarq adası OPEC üzv ölkələrinin neft daşınmalarının 90 faizini təşkil edən İranın əsas neft ixrac mərkəzi kimi xidmət edir.

Bizə qoşulun