İranın mülki obyektlərə qarşı hücumları və təhdidləri hələ də davam edir.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Ənsari bildirib.
O qeyd edib ki, bu, regionda gərginliyin artdığını göstərir.
Xatırladaq ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi obyektlərinə və İsrailə zərbələrlə cavab verir./axar.az