İran pilotsuz uçuş aparatları (PUA) vasitəsilə İsrailin Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və hərbi infrastruktura hücum edib.
bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, hücumlar İsrailin hərbi aviasiyasının yanacaq təchizatını, Ben-Qurion hava limanının fəaliyyətini və uçuşları, həmçinin hərbi qüvvələrin yerdəyişməsini ciddi şəkildə pozub:
"Bu hal qoşunların daşınması üçün dəmir yollarından istifadəyə məcbur edib ki, bu da dinc vətəndaşların həyatını təhlükə altına qoya bilər".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb./axar.az