Medianews.az
İran ABŞ helikopterinin vurulması ilə bağlı görüntülər və danışıqları yayımlayıb -
115 baxış

İran ABŞ helikopterinin vurulması ilə bağlı görüntülər və danışıqları yayımlayıb - VİDEO

İran ordusu İsfahan yaxınlığında ABŞ-yə məxsus olduğu iddia edilən helikopterin vurulması ilə bağlı görüntülər və əməliyyat zamanı aparılan radio danışıqlarını ictimaiyyətə təqdim edib.

Medianews.az-ın məlumatına görə, bölgədə şübhəli hava hərəkətliliyi qeydə alınıb və hərbi hissələrə dərhal döyüş hazırlığı vəziyyəti elan edilib.

Komandanlar əsgərlərə hava hücumundan müdafiə vasitələrini hazır saxlamaq və mövqelərini möhkəmləndirmək barədə göstəriş veriblər.

İranlı general bildirib ki, mülki əhalinin təhlükəsizliyi prioritet olmalıdır və onların zərər görməməsi üçün yolların nəzarətə götürülməsi və istiqamətləndirilməsi tapşırılıb.

Həmçinin qeyd olunub ki, ABŞ hava vasitələrinin qırıcı təyyarələrlə müşayiət olunduğu iddia edilir və onlardan birinin vurulduğu, digərinin isə hədəf alındığı bildirilir.

Komandanlıq əməliyyat zamanı sərt göstərişlər verərək, silahlı qarşıdurmada qəti addımlar atılacağını və hərbi hədəflərə qarşı intensiv atəş açıldığını açıqlayıb.

Medianews.az

 

Bizə qoşulun