Medianews.az
İnsult riskini göstərən
80 baxış

İnsult riskini göstərən əlamət

Nevrologiya üzrə aparılan yeni araşdırma insult riskini göstərən gözlənilməz fiziki əlamətləri üzə çıxarıb.

Medianews.az xəbər verir ki, “Stroke” jurnalında dərc olunan tədqiqatda alimlər UK Biobank məlumatlarını təhlil ediblər. Araşdırmaya 480 mindən çox yetkin şəxs cəlb olunub və təxminən 14 il ərzində onların sağlamlıq göstəriciləri izlənilib. Bu müddətdə 11,8 mindən çox insult hadisəsi qeydə alınıb.

Nəticələrə görə, əzələ zəifliyi, yavaaeaşş yerimə və zəif əl sıxma gücü insult riskinin artması ilə əlaqəlidir. Xüsusilə yavaş yeriyən insanlarda insult riski 64% daha yüksək olub.

Eyni zamanda, zəif əl sıxma gücü riski 7% artırır, ümumi əzələ zəifliyi isə bütün növ insultların riskini təxminən 30% yüksəldir.

Tədqiqatçılar bildirirlər ki, bu fiziki göstəricilər orqanizmdə xroniki iltihab, metabolik pozuntular və ümumi sağlamlıq vəziyyətinin zəifləməsi ilə bağlı ola bilər. Onların fikrincə, yeriş sürəti və əl gücü kimi sadə testlər gələcəkdə insult riskinin erkən aşkarlanmasında istifadə oluna bilər.

Medianews.az

Bizə qoşulun