Medianews.az
İnsan boyunda nəhəng
82 baxış

İnsan boyunda nəhəng skumbriya - FOTOLAR

Vyetnamda çəkisi 63 kiloqram, uzunluğu isə təxminən 1,7 metr olan nəhəng skumbriya balığı tutulub.

Medianews.az xəbər veri ki, balıq Da Nang şəhərində, Son Tra çimərliyi yaxınlığındakı qayalı rifdə ovlanıb.

Balığı dostları ilə birlikdə tutan yerli balıqçı Le Van Hai deyib ki, qarmağa düşən balığın ağırlığından çubuq əyilib, dənizdə isə güclü hərəkətlilik yaranıb. Nəhəng skumbriyanın sudan çıxarılması təxminən bir saat çəkib.

Balığın iri ölçüsü və çəkisi səbəbindən onu daşımaq üçün iki taxta dirəyə bağlamaq və fasilə ilə aparmaq lazım gəlib. Balıqçı daha sonra skumbriyanın yanında uzandığı fotosunu sosial şəbəkələrdə paylaşıb. Fotoda balığın demək olar ki, insan boyunda olduğu aydın görünür.

Le Van Hai əvvəllər də onlarla kiloqram çəkisi olan müxtəlif iri balıqlar, o cümlədən köpəkbalığı tutduğunu bildirib. Lakin bu ölçüdə skumbriya ilə ilk dəfə qarşılaşdığını qeyd edib.

Balıqçı nəhəng skumbriyanı satışa çıxarmayıb, onun ətini ailə üzvləri və dostları arasında bölüşdürüb.

Medianews.az

Bizə qoşulun