Medianews.az
Kimlər gəlib, kimlər gedib OPEC-dən?
107 baxış

Kimlər gəlib, kimlər gedib OPEC-dən?

Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən neft ixrac edən ölkələri birləşdirən OPEC-i tərk edir.

Birləşmiş Ərəb Əmirliklərini çıxsaq, hazırda bu təşkilata Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı və Venesuela daxildir.

Medianews.az bildirir ki, OPEC-i 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela yaradıb.

1961-ci ildə quruma Qətər, 1962-ci ildə İndoneziya, Liviya, 1967-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, 1969-cu ildə Əlcəzair, 1971-ci ildə Nigeriya, 1973-cü ildə Ekvador, 1975-ci ildə Qabon, 2007-ci ildə Anqola, 2017-ci ildə Ekvatorial Qvineya, 2018-ci ildə Konqo qoşulub.

Ekvador 1992-ci ildə təşkilatı tərk edib, 2007-ci ildə dönüb, 2020-ci ildə yenə ayrılıb.

İndoneziya 2009-cu ildə qurumdan çıxıb, 2016-cı ildə qayıdıb, ancaq elə həmin il yenə üzülüşüb.

Qabon 1995-ci ildə təşkilatı tərk edib, 2016-cı ildə qayıdıb.

Qətər qurumdan 2019-cu ildə, Anqola 2024-cü ildə ayrılıb.

OPEC-in mənzil-qərargahı Avstriyanın paytaxtı Vyanada yerləşir.

2016-cı ildən OPEC+ koalisiyası da fəaliyyət göstərir. Bu formatda OPEC üzvləri ilə yanaşı Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan təmsil olunur.

Koalisiya xam neftin gündəlik hasilat normalarını tənzimləyir. OPEC-də yer alan İran, Liviya, Venesuela həmin razılaşmalarda iştirak etmirlər.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun