Medianews.az
 İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir -
165 baxış

İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir - İsmayıl Bəqai

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, hazırda Yaxın Şərqdə atəşkəs üzrə mümkün vasitəçilik səylərinin müzakirə edilməsi yersizdir.

Medianews.az "Report"a  istinadən xəbər verir ki, o, bu barədə martın 9-u keçirilən brifinqdə bildirib.

"Hazırda döyüş əməliyyatları davam edir. Bu konkret vəziyyətdə ölkənin müdafiəsindən başqa hər hansı bir şey barədə danışmaq yersizdir", - o deyib.

İ.Bəqayi əlavə edib ki, İran məcburi müharibə aparır və bunu da özü başlatmayıb.

Bizə qoşulun