Medianews.az
İmsakda 2 dilim ananas yeməyin
114 baxış

İmsakda 2 dilim ananas yeməyin faydaları

Mütəxəssislər Ramazan ayında imsak süfrəsində qida dəyəri yüksək və bədəni uzun müddət tox saxlayan məhsullara üstünlük verilməsini tövsiyə edir.

Medianews.az xəbər verir ki, lif və maye baxımından zəngin olan ananas bu baxımdan faydalı seçimlərdən sayılır.

Diyetoloqlar bildirir ki, imsakda 2 dilim ananas yemək orqanizm üçün bir sıra üstünlüklər yarada bilər.

Ananasın əsas faydaları

İmmuniteti gücləndirir. C vitamini ilə zəngin olan ananas orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırır.

Ağız qoxusunu azaldır. Mədə turşusu ilə əlaqəli yaranan xoşagəlməz qoxunun qarşısını almağa və ağız daxilində infeksiyanın azalmasına kömək edir.

Qan təzyiqini tənzimləyir. Qan dövranını yaxşılaşdıraraq yüksək təzyiq riskini azaltmağa kömək edir.

Həzmi asanlaşdırır. Tərkibindəki liflər həzm sisteminin daha rahat işləməsinə dəstək olur və qəbizlik riskini azaldır.

Çəkiyə nəzarətə kömək edir. Maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını və qida maddələrinin mənimsənilməsini dəstəkləyir.

Mütəxəssislər qeyd edir ki, balanslı imsak qidalanması gün ərzində həm susuzluq, həm də aclıq hissini azaltmağa kömək edir.

Medianews.az

Bizə qoşulun