Sentyabrın 24-də İmişli rayonunda zəhərlənmə şübhəsiylə hospitalizasiya olunan şəxslərdən 3 nəfərin müalicəsi davam etdirilir.
Məlumat Medianews.az-a sentyabrın 30-da TƏBİB-dən verilib.
Məlumatda deyilir ki, müalicəsi Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində davam etdirilən 3 nəfərin vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 74 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5 nəfəri Kliniki Tibbi Mərkəzə təxliyə edilib.
Qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunan şəxslərdən 71 nəfər ixtisaslı tibbi yardımdan sonra qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Zəhərlənmə hadisəsi İmişli rayonunun Muradxanlı kəndində kiçik toy mərasimi zamanı baş verib.
Nailə Qasımova,
Medianews.az