İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Medianews.az-ın məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. "Mercedes" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.//Milli.Az