Medianews.az
İlber Ortaylı 5 gündür reanimasiyadadır –
92 baxış

İlber Ortaylı 5 gündür reanimasiyadadır – Ailəsindən açıqlama

Türkiyəli tarixçi və yazıçı, professor İlber Ortaylı səhhətində yaranan problemlə əlaqədar bir neçə gündür reanimasiya şöbəsində müalicə alır.

Medianews.az xəbər verir ki, bu barədə ailəsinin sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 78 yaşlı alim artıq 5 gündür reanimasiyada müalicə olunur və vəziyyəti stabildir. Qeyd olunub ki, İlber Ortaylı təcrübəli həkimlərdən ibarət komanda tərəfindən diqqətlə nəzarətdə saxlanılır.

Açıqlamada həmçinin onun tezliklə sağalması üçün edilən dualara və xoş arzulara görə təşəkkür ifadə olunub.

Qeyd edək ki, İlber Ortaylı tarix sahəsindəki fəaliyyəti ilə yanaşı, geniş oxucu kütləsi qazanan kitabların müəllifidir. Onun məşhur əsərləri arasında İmparatorluğun En Uzun Yüzyılı”, “Osmanlı’yı Yeniden Keşfetmek”, “Tarihin İzinde” və “Bir Ömür Nasıl Yaşanır” kitabları yer alır.

Medianews.az

Bizə qoşulun