Çin məhkəməsi ölkənin keçmiş müdafiə nazirləri Vey Fenhe və Li Şanfu haqqında 2 illik möhlətlə edam cəzası qərarı verib.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, sabiq nazirlər korrupsiya əməllərində təqsirli biliniblər.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli biliniblər. Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.//Operativ Media