Medianews.az
İçərisində sürücünün olduğu
66 baxış

İçərisində sürücünün olduğu avtomobili yandırdı

Rusiyada 38 yaşlı kişi içərisində sürücünün olduğu avtomobili yandırıb.

Medianews.az xəbər verir ki, hadisə aprelin 30-u İrkutsk şəhərində baş verib.

Dayanacaqların birində iki sərxoş kişi sürücüdən onları aparmağı xahiş ediblər, lakin rədd cavabı alıblar. Bir müddət sonra onlardan biri geri qayıdaraq avtomobilə yanar maddə olan qab atıb və hadisə yerindən qaçıb.

Sürücü yanan maşından xilas ola bilib, lakin avtomobil tamamilə yanaraq məhv olub. Hüquq-mühafizə orqanları şübhəlini qısa müddətdə saxlayıb, faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun