Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesin müalicə aldığı Ankara Bilkent Şəhər Xəstəxanasının həyətində çəkilmiş yeni fotosu yayılıb.
Demokrat.az xəbər verir ki, əməliyyatdan sonra reabilitasiya və fizioterapiya müalicəsi alan sənətçinin fotoda şən və yüksək əhval-ruhiyyədə olduğu diqqət çəkib.
Məlumata görə, Tatlıses planlı reabilitasiya proqramını davam etdirir və səhhəti yaxşılaşır. Müalicə müddətində onu yaxın dostları və dövlət rəsmiləri də ziyarət edərək dəstəkləyiblər.
Sənətçinin xəstəxanadan nə vaxt evə buraxılacağı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
03.07.2026, 06:12
118
baxış
Zara Editor