Medianews.az
İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı siyasətə qoşuldu –
230 baxış

İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı siyasətə qoşuldu – FOTO/VİDEO

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız siyasətə qoşulub.

Medianews.az xəbər verir ki, o, Milliyyətçi Hərəkat Partiyasına (MHP) üzv olub.

2011–2013-cü illərdə İbrahim Tatlısəslə evli olan Ayşəgül Yıldız uzun müddətdən sonra bu dəfə siyasi fəaliyyəti ilə gündəmə gəlib. O, Türkiyə Böyük Millət Məclisində keçirilən MHP-nin qrup toplantısında iştirak edib və burada partiyanın sədri Dövlət Baxçalı ilə görüşüb.

Yıldız sosial şəbəkə hesabında paylaşdığı videoda Baxçalının çıxışını “tarixi və üfüq açan nitq” kimi qiymətləndirib. O, MHP-nin yerli təşkilatları ilə birlikdə toplantıda iştirak etdiyini və tədbirdən sonra Dövlət Baxçalı ilə görüşmək imkanı əldə etdiyini bildirib.

Ayşəgül Yıldız Ankara proqramı çərçivəsində Anıtkabiri də ziyarət etdiklərini qeyd edib. O, paylaşımında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad etdiklərini və onun ideyalarına sadiq qalacaqlarını vurğulayıb.

Medianews.az

 

Bizə qoşulun