Medianews.az
Fil hücumu - Ölən və yaralı var  -
83 baxış

Fil hücumu - Ölən və yaralı var - VİDEOLAR

Hindistanda dini mərasim üçün məbədə gətirilən fil qəfil nəzarətdən çıxaraq bir nəfəri öldürüb.

Medianews.az xəbər verir ki, faciə Kerala ştatında baş verib.

Heyvan su içirmək üçün yük maşınından endirilən zaman zəncirlərini qırıb və sürücüyə hücum edib.

Fil kişini yerə çırpıb tapdalayaraq öldürüb. Onu sakitləşdirməyə çalışan baxıcı isə ağır yaralanıb. Daha sonra heyvan məbəd ərazisində avtomobilləri, skuterləri və divarları dağıdıb.

Hadisə təxminən iki saat davam edib. Fili yalnız sakitləşdirici iynələr vasitəsilə nəzarətə almaq mümkün olub. Faktla bağlı araşdırma başladılıb.

Medianews.az

Bizə qoşulun