Medianews.az
Hindistanda anbar çöküb -
119 baxış

Hindistanda anbar çöküb - ÖLƏNLƏR VAR

Hindistanın Qərbi Benqal əyalətinin paytaxtı Kalkuttada anbarın çökməsi nəticəsində ən azı 10 nəfər həlak olub.

Medianews.az xəbər verir ki, təcili yardım xidmətləri uçmuş anbarın dağıntılarını araşdıraraq axtarış əməliyyatına başlayıb. Xilasedicilər dağıntılar altında qalan insanları axtarmaq üçün hərbi yerüstü radar sistemlərindən istifadə edirlər. Onların köməyi ilə dağıntılar altında 20 işçini sağ tapa biliblər. Bəzilərinin vəziyyəti ağırdır. 

İlkin məlumatlara görə, hadisə anbar tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib. Polis binanın sahibini həbs edib və uçma ilə bağlı cinayət işi açılıb.//Unikal

Bizə qoşulun