Medianews.az
Hikmət Hacıyev Makronun müşaviri ilə
60 baxış

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla ikitərəfli münasibətləri müzakirə edib.

Medianews.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında paylaşım edib.

O qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla məhsuldar görüş keçirib:

"Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq".

Bizə qoşulun