Pişiklərin yuxu zamanı sahiblərinin ayaq tərəfini seçməsinin əsl səbəbləri məlum olub.
Medianews.az xəbər verir ki, alimlər və heyvan psixoloqları bunun sadəcə isinmək istəyilə bağlı olmadığını sübut ediblər. Araşdırmalara görə, bu davranışın arxasında 3 əsas gizli məqam dayanır:
-
Sonsuz etibar: Pişiklər yuxuda olarkən özlərini müdafiəsiz hiss edirlər. Ayaq ucunda yatmaq sahibinə olan yüksək güvənin və bağlılığın göstəricisidir.
-
Gecə keşikçisi: Bu mövqedə olan heyvan otağın qapısını rahat görə bilir və instinktiv olaraq sahibini potensial təhlükələrdən qorumaq üçün "mühafizəçi" rolunu oynayır.
-
Məsafəli sevgi: Pişiklər bədən istiliyini sevsələr də, sıxılmaqdan qaçırlar. Ayaq tərəfi onlara həm istilik, həm də sərbəstlik verir.
"Current Biology" jurnalının elmi araşdırması da təsdiqləyir ki, pişiklərdə insanlardakı kimi dərin psixoloji bağlılıq növləri mövcuddur.
Medianews.az