Ukrayna Prezidenti Volodimir Zelenski qatıldığı beynəlxalq konfransda iştirakçılar tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.
Medianews.az xəbər verir ki, Zelenskinin çıxışından sonra zaldakı qonaqların böyük əksəriyyəti Ukraynaya dəstəyini nümayiş etdirmək üçün ayağa qalxaraq onu alqışlayıb.
Sammit zamanı isə diqqət çəkən məqamlardan biri İspaniya Baş naziri Pedro Sançezin davranışı olub.
Belə ki, zaldakı demək olar bütün iştirakçılar ayağa qalxdığı halda, kameraların görüntülərinə əsasən, İspaniya Baş naziri Pedro Sançez ayağa qalxmayan yeganə şəxs kimi diqqət çəkib.
Hadisə qısa müddətdə sosial mediada da müzakirələrə səbəb olub. İspaniya Baş nazirinin niyə ayağa qalxmaması ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Medianews.az